close

İranda narkoloji dispanserdə yanğın: ölən və xəsarət alanlar var

Foto: “www.isna.ir”

32 nəfərin öldüyü, 16 nəfərin yaralandığı deyilir

İranın şimalındakı Gilan əyalətində narkoloji dispanserdə yanğın nəticəsində 32 nəfərin həyatını itirdiyi, 16 nəfərin isə xəsarət aldığı bildirilir.

Bu barədə İranın “İSNA” agentliyi bölgənin baş hakimi Esmail Sadeghiyə istinadən məlumat yayıb.

Baş hakimin sözlərinə görə, dörd nəfərin vəziyyəti ağırdır.

Yanğın bu gün səhər saat 6 radələrində Ləngərud klinikalardan birində baş verib.

İlkin araşdırmalara görə, yanğına səbəb pasientlər üçün nəzərdə tutulan qızdırıcının qəfil alışması olub.

Mərkəzin tutumunun 40 nəfərədək olduğu bildirilir.

Ancaq dispanserdə neçə pasiyentin olması haqda dəqiq informasiya yoxdur.

Baş hakim deyib ki, mərkəzin meneceri də daxil olmaqla bir neçə şübhəli artıq həbs edilib.

BMT-nin Narkotik Maddələr və Cinayətkarlığa qarşı mübarizə agentliyinin məlumatına görə, İran dünyada narkomaniya problemi ilə ən çox qarşılaşan ölkədir.

Ana səhifəXəbərlərİranda narkoloji dispanserdə yanğın: ölən və xəsarət alanlar var