close

İsa Qəmbərlə Arif Hacılı deputatlığa namizəd olmayacaq

Foto: Meydan TV

Onlar partiya namizədlərinin təbliğatına dəstək verəcəklərini deyirlər

Müsavat Partiyasının başqanı İsa Qəmbər və Məclis sədri Arif Hacılı növbədənkənar parlament seçkilərinə qatılmayacaq.

Hər iki siyasətçi Meydan TV-yə açıqlamalarında belə deyib.

İsa Qəmbər qərarını seçki qaydaları ilə əlaqələndirib:

“1 sentyabr seçkiləri proporsional yox, majoritar qaydada keçirilir. Partiyamızın üzvlərindən kim namizəd olmaq istəyibsə, fikrini bildirib, uyğun bilmişiksə, Divan səviyyəsində qərarlarımızı vermişik. Mən də seçkidə iştirak niyyətində olmadığımdan namizədliyimi irəli sürmədim”.

Məclis sədri Arif Hacılı partiyanın seçki kampaniyasına rəhbərlik etdiyini vurğulayaraq əlavə edib ki, əsasən namizədlərin təbliğat işinin təşkilində rol oynamaq niyyətindədir:

Əsas amil bundan ibarətdir”.

Parlament seçkiyə gedir

2024-cü il iyunun 21-də Azərbaycan parlamenti özünün buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin olunması ilə bağlı Prezident İlham Əliyevə müraciət edib.

İyunun 28-də İlham Əliyev Milli Məclisin buraxılması və sentyabrın 1-də erkən seçki keçirilməsi ilə bağlı sərəncam imzalayıb.

Mərkəzi Seçki Komissiyasının 15 iyul məlumatına görə, 431 nəfər namizədliyini irəli sürüb.

Ana səhifəSiyasətİsa Qəmbərlə Arif Hacılı deputatlığa namizəd olmayacaq