close

İsrail-HƏMAS arasındakı atəşkəs bitdi, yenidən döyüş başlayıb

HƏMAS-İsrail. Foto: OnePixelStudio/shutterstock

Fələstin mediası yazır ki, İsrail havadan hücuma keçib

İsrail və HƏMAS arasındakı atəşkəsin müddəti bitib. Bölgədə şiddətli döyüşlərin getdiyi bildirilir. İsrail HƏMAS silahlı birləşməsini ərazisinə raket zərbələri endirməkdə günahlandırıb. Bildirib ki, HƏMAS girov saxladığı bütün qadınların azad edilməsinə dair razılaşmadan imtina edib. Bundan sonra, dekabrın 1-də İsrail HƏMAS-a qarşı döyüş əməliyyatlarını bərpa edib

Noyabrın 24-də başlayan və iki dəfə uzadılan yeddi günlük fasilə Qəzzada saxlanılan onlarla girovun yüzlərlə fələstinli məhbusla dəyişdirilməsinə imkan verib. Həmçinin Qəzzaya humanitar yardım gedib. Atəşkəsin sona çatmasına bir saat qalmış İsrail Qəzzadan atılan raketin qarşısını aldığını bildirib. HƏMAS buna rəy bildirməyib.

“Döyüşlərin bərpası ilə vurğulayırıq: İsrail hökuməti müharibənin məqsədlərinə nail olmaq – girovlarımızı azad etmək, HƏMAS-ı məhv etmək və Qəzzanın heç vaxt İsrail sakinləri üçün təhlükə yaratmayacağını təmin etmək öhdəliyinə sadiqdir”,- İsrailin Baş naziri Benyamin Netanyahu açıqlama verib.

HƏMAS-ın siyasi bürosunun üzvü Ezzat Əl Rəşq qrupun internet saytında “İsrail barışıqdan əvvəlki əlli gün ərzində əldə edə bilmədiyi şeyə barışıqdan sonra da təcavüzünü davam etdirməklə nail olmayacaq”, – deyə yazıb.

 Fələstin mediası yazır ki, İsrail havadan hücuma başlayıb.

Ana səhifəDünyaİsrail-HƏMAS arasındakı atəşkəs bitdi, yenidən döyüş başlayıb