close

İsrailli deputatlar İran azərbaycanlılarına dəstək tələb edirlər

İsrail parlamenti. Foto: Roman Yanushevsky/shutterstock

Knesset üzvlər İrandakı repressiyalara da diqqət çəkib

İsrail parlamentinin üzvləri İran azərbaycanlılarının müstəqilliyi uğrunda hərəkata beynəlxalq dəstəyin verilməsi xahişi ilə ölkənin Xarici İşlər Nazirliyinə müraciət ediblər.

Rəsmi müraciətdə 32 deputatın – Knesset üzvlərinin dörddə birinin adı yer alıb.

Deputatlar İsrail Xarici İşlər Nazirliyindən İran müxalifətinə diqqət yetirməyi xahiş edirlər.

Bu barədə “Azadlıq Radiosu”nun rus xidməti məlumat yayıb.

Knesset üzvləri İrandakı rejimin azərbaycanlılara qarşı repressiv addımlarından da narahatlıqlarını ifadə ediblər.

Onlar hesab edirlər ki, azərbaycanlılar İranda 20 milyondan çox ən böyük etnik qrupdur.

Rejim mədəni soyqırım siyasəti yürüdür, azərbaycanlı azlığın təhsil almaq, dillərini öyrətmək və hətta uşaqlarını qeydiyyata almaq hüquqlarını məhdudlaşdırır”, – deyə deputatların müraciətində qeyd olunub.

Məktubu dini blokun fəal əleyhdarları, “Bizim ev-İsrail” Partiyasının nümayəndələri və onun keçmiş lideri, əslən, SSRİ-dən (indiki Moldova, Kişinyov) olan Aviqdor Liberman da imzalayıb.

Ana səhifəDünyaİsrailli deputatlar İran azərbaycanlılarına dəstək tələb edirlər