close

İstiqlalçı deputat vəfat etdi

Maşallah Abdullayev. Foto: Facebook

Maşallah Abdullayev həm də Goranboy batalyonunun komandiri olub

Oktyabrın 26-da istiqlalçı millət vəkili, Milli Qəhrəman Maşallah Abdullayev vəfat edib.

1950-ci ildə Goranboy rayonunda doğulan Maşallah Abdullayev Bakı Bədən Tərbiyəsi Texnikomunu bitirəndən sonra vaxtilə təhsil aldığı şəhər 1 saylı orta məktəbdə işləyib.

Maşallah Abdullayev 1992-ci il Goranboy və Ağdərənin geri qaytarılmasında xüsusi rolu olan Goranboy batalyonun komandiri idi.

O, 1992-1993-cü illərdə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı olub.
İgidliyə görə general M.Əsədov adına mükafata layiq görülüb.

Ana səhifəXəbərlərİstiqlalçı deputat vəfat etdi