close

İsveçrənin yeni səfiri ölkəsindəki şirkətlərin Qarabağa dəvət olunmasını istəyir

Foto: president.az

Səfirin etimadnaməsini İlham Əliyevə təqdim edərkən bu barədə danışdığı bildirilir

İsveçrənin Azərbaycana yeni təyin edilən səfiri Tomas Ştel ölkəsinin şirkətlərinin Qarabağa dəvət olunmasını istəyir.

Bu barədə oktyabrın 24-də səfir Tomas Ştel Azərbaycan Prezidenti İlham Əliyevə etimadnaməsini təqdim edərkən bldirib.

Məlumatı “president.az” yayıb.

Bildirilir ki, Azərbaycan Prezidenti İlham Əliyev İsveçrə səfiri Tomas Ştelə ölkələr arasında münasibətlərin istər siyasi, istərsə də iqtisadi sahələrdə uğurla inkişaf etdiyini deyib:

“Ticarət, iqtisadiyyat, energetika sahələrində əməkdaşlığın səviyyəsindən məmnunluğunu bildirən Prezident İlham Əliyev İsveçrə şirkətlərinin Azərbaycanda uğurlu fəaliyyətinə toxundu, onların işğaldan azad edilmiş ərazilərimizdə yenidənqurma layihələri ilə bağlı fəal işlədiklərini vurğuladı və bu istiqamətdə yaxşı əməkdaşlığın olduğunu bildirdi. Prezident həmin ərazilərdə insanların rahat yaşaması üçün müasir texnologiya, yaşıl enerji, ağıllı kənd konsepsiyalarının həyata keçirildiyini deyərək, bunların əməkdaşlığımızda yeni istiqamətlər yaratdığını vurğuladı”.

İ.Əliyev, eyni zamanda, SOCAR-ın İsveçrədəki fəaliyyətini, İsveçrə şirkətlərinin Azərbaycan iqtisadiyyatına investisiya qoymasını biznes sahəsində əlaqələrin yaxşı göstəricisi kimi dəyərləndirib:

“Səfir, ilk növbədə, Qarabağa səfərinə toxunaraq, orada gedən yenidənqurma işləri ilə tanış olduğunu qeyd etdi, İsveçrə şirkətlərini buraya dəvət etmək istəyində olduğunu dedi. Ümumiyyətlə, Azərbaycan iqtisadiyyatının inkişafında İsveçrə şirkətlərinin fəal iştirak etdiyini bildirən Tomas Ştel bu sahədə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensialın olduğunu vurğuladı”.

Məlumatda o da deyilir ki, diplomat Azərbaycanla artıq 20 ilə yaxındır ki, əməkdaşlıq proqramının həyata keçirildiyini xatırladaraq, İsveçrə şirkətlərinin Azərbaycanda makro-iqtisadi sahədə, eləcə də maliyyə və özəl sektorların inkişafındakı fəaliyyətlərini məmnunluqla qeyd edib.

Ana səhifəSiyasətİsveçrənin yeni səfiri ölkəsindəki şirkətlərin Qarabağa dəvət olunmasını istəyir