close

İtlərin hücumuna məruz qalan uşağın vəziyyətinin ağır olduğu bildirilir

Sahibsiz itlər. Foto: modern.az

TƏBİB: “Azyaşlıda çoxsaylı, müxtəlif ölçülü dişlənmiş, cırılmış, əzilmiş və soyulmuş yaralar müşahidə edilib”

Martın 3-də Qaradağda – “Qobu Park-3” yaşayış kompleksinin yaxınlığında 10 yaşlı oğlan uşağı itlərin hücumuna məruz qalıb. Hazırda Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsində olan Anar Əliyevin vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə martın 3-də axşam saat 17.30 radələrində baş verib. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilən məlumata görə, hadisə ilə əlaqədar təcili yardıma saat 17:37-də zəng gəlib.

“Dərhal hadisə yerinə təcili tibbi yardım briqadası göndərilib. Zərərçəkən azyaşlı Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. Azyaşlıda çoxsaylı, müxtəlif ölçülü dişlənmiş, cırılmış, əzilmiş və soyulmuş yaralar müşahidə edilib. Təcili olaraq əməliyyata götürülüb, tibbi yardım göstərilib. Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda vəziyyəti ağır qiymətləndirilir”, – TƏBİB-in ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Hidayətoğlu bildirib.

Orta məktəbin 3-cü sinif şagirdi olan Anar Əliyevə üç itin hücum etdiyi ehtimal olunur.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, hazırda hadisə ilə bağlı araşdırma aparılır.

Ana səhifəSosialİtlərin hücumuna məruz qalan uşağın vəziyyətinin ağır olduğu bildirilir