close

Kəlbəcərdə 8 nəfər minaya düşdü, biri həlak oldu

Dekabrın 14-də axşam saat 18.00 radələrində Kəlbəcər rayonunda 4 nəfər minaya düşüb. Hadisə rayonun Çıraqlı kəndi ərazisində baş verib. Məlumata görə, minaya düşən 4 nəfər infrastruktur layihələrində çalışan şəxslər olub.

Təxliyyə ilə əlaqədar hadisə yerinə yollanan 4 nəfər hərbçi də minaya düşüb. Onlardan 3-ü müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 1-i isə həlak olub.

Faktla bağlı Kəlbəcər hərbi prokurorluğunda araşdırma aparılır.

2020-ci il noyabrın 10-da – 44 günlük müharibənin başa çatmasıyla bağlı Üçtərəfli bəyanatın imzalanmasından bu yana Azərbaycanda 270 nəfərdən çox adam minaya düşüb.

Ana səhifəBölgəKəlbəcərdə 8 nəfər minaya düşdü, biri həlak oldu