close

Keniyada cənnətə düşmək istəyənlərin 58 nəfərin cəsədi tapılıb

Foto: “jpost.com”

Ümumilikdə 112 nəfərin itkin düşdüyü bildirilir

Keniya polisi bazar ertəsi ölkənin şərqindəki bir meşədəki kütləvi məzarlıqlardan 58 cəsəd tapıb. Yerli polisin məlumatına görə, onların ac qaldıqları təqdirdə cənnətə gedəcəklərinə inanan xristian təriqətinin davamçıları olduğu güman edilir.

Eksqumasiyalar aparıldıqca ölənlərin sayının daha da arta biləcəyi güman edilir. Keniya Beynəlxalq Qızıl Xaç Komitəsinin verdiyi açıqlamaya əsasən 112 nəfər itkin düşüb.

Özünı Xoş Xəbər Beynəlxalq Kilsəsinin ardıcılları deyən bu insanlar  Şakahola meşəsi daxilində, 800 hektar ərazidəki bir neçə yaşayış məntəqəsində yaşayırdılar.

Hadisə yerinə baş çəkən Keniya polisinin baş müfəttişi Japhet Koome, ölənlərin sayını açıqlayıb. O, kütləvi məzarlıqlarda tapılan 50 nəfərin, həmçinin diri və arıq halda tapılan, lakin sonradan ölən 8 nəfərin olduğunu bildirib.

O əlavə edib ki, sağ qalan 29 nəfər xilas edilib və polis hələ də digərlərini axtarır.

Təriqətin lideri Pol Makkenzi aprelin 14-də ən azı 31 tərəfdarının cəsədinin olduğu dayaz qəbirlərin mövcudluğu ilə bağlı xəbərdən sonra həbs edilib. Koome, daha 14 din üzvünün polis nəzarətində olduğunu söyləyib.

Prezident Uilyam Ruto Makkenzinin təlimlərinin hər hansı orijinal dinə zidd olduğunu bildirib.

Prezident Ruto Nayrobinin yaxınlığındakı ictimai tədbirdə bildirib ki, cənab Mackenzie özünü keşiş kimi göstərir, lakin o dəhşətli cinayətkardır.

O, aidiyyatı qurumlara baş verənlərin əsas səbəbini öyrənməyi və “Keniya Respublikasında lazımsız insan itkisinə səbəb olan qəribə, qəbuledilməz ideologiyanı inkişaf etdirmək üçün dindən istifadə etmək istəyən insanlarla” mübarizə aparmağı tapşırdığını söyləyib.

Ana səhifəDünyaKeniyada cənnətə düşmək istəyənlərin 58 nəfərin cəsədi tapılıb