close

Kiyevə dron hücumu olub, 5 nəfər yaralanıb

Kiyev. Foto: Reuters

Pilotsuz təyyarə uşaq bağçasında yanğına səbəb olub

Ukrayna bildirir ki, Kiyevə Rusiyanın ən böyük dron hücumu olub. Hadisə nəticəsində 5 nəfər yaralanıb.

Hadisə noyabrın 25-də, səhər saatlarında olub.

Ukrayna Hərbi Hava Qüvvələri əvvəlcə 75 pilotsuz təyyarədən 71-ni, sonra isə 74-nü vurduğunu bildirib. Onlardan 66-nın Kiyev və ətraf bölgələr üzərində vurulduğu açıqlanıb.

Ukrayna Prezidenti Volodimir Zelenski çox sayda yaralı və dağıntılara səbəb olan hücumu qəsdən törədilən “terror aktı” adlandırıb.

“Holodomor soyqırımının anım günü ərəfəsində Rusiya 70-ə yaxın “Şahed” pilotsuz uçan aparatını Ukraynaya tuşlayıb”, – Volodomir Zelenski “X” səhifəsində yazıb.

Kiyev meri Vitali Kliçko “Telegram” kanalında “hücum nəticəsində 11 yaşlı qız da daxil olmaqla, 5 nəfər yaralanıb”, – yazıb.

Əlavə edib ki, şəhərin bütün rayonlarında binalara ciddi ziyan dəyib. Həmçinin düşən pilotsuz təyyarənin parçaları uşaq bağçalarından birində yanğın törədib.
Rusiya tərəf hadisə barədə şərh verməyib.

Ana səhifəDünyaKiyevə dron hücumu olub, 5 nəfər yaralanıb