close

Külək Bakıda fəsadlar törədib: 27 ağac aşıb, 3 nəfər xəsarət alıb

Güclü küləyin yaratdığı fəsadlar. Foto: arxiv

TƏBİB xəsarət alanlardan birinin vəziyyətinin ağır olduğunu deyir

Dünən gecədən başlayan güclü külək Bakıda bir sıra fəsadlara səbəb olub. Ağaclar qırılaraq avtomobillərin üzərinə aşıb.

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən bildirilib ki, gecə saatlarından bu dəqiqələrə qədər güclü külək səbəbindən 27 ağacın aşması faktı aşkarlanıb. Aşan ağacların yaratdığı fəsadlar Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən dərhal aradan qaldırılıb.

TƏBİB-dən isə bildirilib ki, güclü külək səbəbindən 3 nəfər xəsarət alıb, birinin vəziyyəti ağırdır, əməliyyata alınıb.

Qurumun yaydığı məlumatda deyilir ki, güclü küləkli hava şəraiti ilə əlaqədar Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 3 çağırış daxil olub.

Foto: “Azertag”

Təcili tibbi yardım briqadaları dərhal hadisə yerlərinə cəlb ediliblər. Xəsarət alan 3 nəfər müvafiq tibb müəssisələrinə təxliyə olunublar.

Sabunçu Tibb Mərkəzinə təxliyə olunan 1974-cü il təvəllüdlü qadına zəruri tibbi xidmətlər göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb. 1980-ci il təvəllüdlü kişi isə aldığı xəsarətlərdən əməliyyata alınıb. Hazırda vəziyyəti ağır qiymətləndirilir.

Xəsarət alan 1967-ci il təvəllüdlü kişi isə öz istəyilə özəl tibb müəssisəsinə təxliyə olunub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi gün ərzində küləyin daha da güclənəcəyini nəzərə alaraq ehtiyatlı davranmağı tövsiyə edib.

Sinoptiklər Bakı və Abşeron yarımadasında gecə saatlarından başlanan küləyin sürətinin daha da artacağını proqnozlaşdırır. İndiki saatlarda da güclü külək əsdiyindən vətəndaşlardan xahiş edirik ki, evdən çıxarkən ehtiyat tədbirlərini unutmasınlar”, – Ekologiya və Təbii Sərvətlər Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova deyib.

“Milli Hidrometerologiya Xidmətinin məlumatına görə, gün ərzində küləyin sürəti saniyədə 33-38 metr arasında dəyişəcək. Bizim dəyişməz tövsiyəmiz isə odur ki, əhali ehtiyatlı olsun. Tikinti işləri gedən obyektlərin, yüngül konstruksiyaların, reklam lövhələrinin, hündür ağacların, elektrik dirəkləri və naqillərin altında dayanmaq təhlükəlidir.
Nəqliyyat vasitələrinin də təhlükəsiz yerlərdə saxlanmasına diqqət etmək gərəkdir.
Qabaqcadan tədbirli olaq ki, güclü küləyin yarada biləcəyi fəsadlardan qoruna bilək””, –
nazirlik sözçüsü vurğulayıb.

Ana səhifəXəbərlərKülək Bakıda fəsadlar törədib: 27 ağac aşıb, 3 nəfər xəsarət alıb