close

Kürdlərin etirazından sonra Türkiyədə MSK geri addım atdı

Türkiyədə kürdlərin etirazı bələdiyyə seçkisi nəticəsinin dəyişdirilməsini əngəlləyib. Van Böyük Şəhər Bələdiyyəsi seçkilərində DEM Partiyası namizədi 55% səslə qalib gəlmişdi. Amma məhkəmə müraciəti əsasında MSK Abdullah Zeydanı yox, onun AKP-dən olan rəqibi Abdulahat Arvası qalib elan etmişdi.

Vanda başlayan və Türkiyənin bir neçə “kürd bölgəsinə” yayılan etirazlardan sonra qərar ləğv edilib.

Abdullah Zeydan PKK-ya dəstəkdə ittiham edilib, bir neçə il öncə həbs cəzası da alıb. Amma Kassasiya Məhkəməsinin qərarı ilə o, 2022-ci ildə azad edilmişdi.

Qərara CHP və daxil olmaqla, bir çox müxalif partiya və fəallar etiraz edirdi. Etirazlar ərzində yüzə yaxın şəxs saxlanmış, bölgədə 15 günlük “aksiya qadağası” tətbiq edilmişdi. Bu gün partiyadan verilən açıqlamada bildirilib ki, etirazlar nəticə verib və DEM namizədi Abdullah Zeydanın “seçki qələbəsi” tanınıb.

Ana səhifəVideoKürdlərin etirazından sonra Türkiyədə MSK geri addım atdı