close

Laçında yol qəzası: yaralılar helikopterlə Bakıya gətirilib

Laçın yolu. Foto: DSX

Yaralıların durumu ilə bağlı ətraflı məlumat verilməyib

Sentyabrın 7-də səhər saat 8:30-da Laçının Ağanus kənd ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Dövlət Sərhəd Xidmətinin məlumatına görə, hadisə nəticəsində “Toyota” markalı avtomobildə olan “SOCAR” PETROLEUM QSC-yə məxsus podratçı şirkətin 3 nəfər əməkdaşı – Muxtar Gözəlov, Məhəmməd İbiyev və Anar Qurbanov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılara ilkin tibbi yardım göstərildikdən sonra onlar Dövlət Sərhəd Xidmətinin tibbi helikopteri ilə həkimlərin nəzarəti altında Bakıya təxliyə olunublar.

Ana səhifəXəbərlərLaçında yol qəzası: yaralılar helikopterlə Bakıya gətirilib