close

Litva 11 ölkəyə hərbçilərinin səfərini qadağan edə bilər: siyahıda Azərbaycan da var

Litva Müdafiə Nazirliyi. Foto: Kiev.Victor/shutterstock

Postsovet ölkələri ilə yanaşı, Çin və tanınmamış respublikalar da nəzərdə tutulur

Litvanın Müdafiə Nazirliyi peşəkar hərbçilərin 10-dan çox xarici ölkəyə səfərlərini qadağan edən qanun layihəsini parlamentə təqdim edib.

Siyahıda Rusiya və Belarus, Çin, Moldova, Ermənistan və Azərbaycanın da adı yer alıb.

Nazirlik, o cümlədən Orta Asiya ölkələrindən Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan, Rusiyanın ilhaq etdiyi Krım, Abxaziya və Cənubi Osetiyaya səfərləri qadağan etməyi təklif edir.

Layihədə istisnalar da nəzərdə tutulur.

Qeyd olunur ki, hərbi qulluqçunun qohumu ağır xəstələndikdə və ya vəfat etdikdə, hərbi qulluqçu ona qəyyum və ya himayəçi təyin olunduqda, göstərilən ölkələrə səfərə icazə veriləcək.

Ancaq səfərlərin hansı səbəbdən qadağan olunması açıqlanmayıb.

Azərbaycanın rəsmi orqanları Litva Müdafiə Nazirliyinin parlamentə təqdim etdiyi layihə ilə bağlı məsələyə münasibət bildirməyiblər.

Ana səhifəSiyasətLitva 11 ölkəyə hərbçilərinin səfərini qadağan edə bilər: siyahıda Azərbaycan da var