close

Lukaşenko ordunu “tam hərbi hazırlığa” gətirməyi əmr edib

Foto: Meydan TV

“Mənim mövqeyim: əgər Rusiya düşərsə, biz onun qırıntıları altında qalarıq, hamımız məhv olarıq”

Hromadske-nin materialı

Belarus Prezidenti Aleksandr Lukaşenko bəyan edib ki, ordunu “tam hərbi hazırlığa” gətirməyi əmr edib.

Lukaşenkonun sözlərini Belarusun Müdafiə Nazirliyi sitat gətirir.

Özünü Belarusun prezidenti elan etmiş Lukaşenko iyunun 27-si general poqonlarının təqdimatını keçirib. Təqdimata hərb və güc, xüsusi təyinat strukturlarının rəhbərlərini, KİV rəhbərlərini, siyasətçiləri və jurnalistləri dəvət ediblər. Lukaşenkonun mətbuat xidmətində elan ediblər ki, “havada və cəmiyyətdə gəzən suallara cavablarla birgə ciddi söhbət gözlənilir”.

Lukaşenko “Qərbdən gələn təhlükədən” şikayətlənib və bəyan edib ki, bizim nəsilə “milyonlarla qəhrəmanımızın, atalarımızın və babalarımızın həyatı bahasına qazanılmış sülhü qorumaq missiyası düşüb”.

Lukaşenko təhlükənin nədən ibarət olduğunu dəqiqləşdirməyib. Lakin elan edib ki, ordunun “tam hazır vəziyyətə gətirilməsi” ilə bağlı göstəriş verib.

O bəyan edib ki, sərhəd xidməti orqanları, demək olar ki, hər gün dövlət sərhədində qonşu ölkələrdən müxtəlif təxribatlar qeydə alır: “Belarus ərazisinə meyit atmaqdan tutmuş pilotsuz uçuş aparatlarının qəsdən uçurulmasınadək”. Lukaşenko həmçinin sərhəddə divarların və çəpərlərin tikilməsindən, onun fortifikasiya cihazından, Ukrayna tərəfdən minalanmadan şikayətlənib.

İyunun 23-də axşam “Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojin qiyamın başlanması barədə elan edib. O, bu qiyamı “ədalət marşı” adlandırıb. Səhər onun döyüşçüləri Rostovda hərbi obyektləri tutublar.

İyunun 24-ü axşam Aleksandr Lukaşenkonun mətbuat xidməti elan edib ki, Belarus prezidenti “Vaqner”in təsisçisilə münaqişənin nizamlanması ilə bağlı razılığa gəlib: özəl hərbi şirkətin döyüşçüləri sahə düşərgələrinə, Priqojinsə Belarusa gedib.

Lukaşenko Rusiyadakı qiyam haqqında

Lukaşenko həmçinin Rusiyada “vaqnerlilər”in qiyam cəhdinə şərh verib.
“Gizlətmirəm, Rusiyanın cənubunda baş verən hadisələri müşahidə etmək ağrılı idi. Təkcə mənə deyil. Bir çox vətəndaşımız həmin hadisələri ürəklərinə yaxın buraxdı. Çünki Vətən birdir”, – o deyib.

Lukaşenko etiraf edib ki, ölkənin bu vəziyyətin həllində rolunu nəzərə almaqla, Belarusun mövqeyini aydınlaşdırmalıdır, amma sadəcə KİV-də insinuasiyalar”, bir də Belarus müxalif qüvvələrinin “falstartı” haqqında bəyan edib.

Belarus rəhbəri deyib ki, nə ondan, nə Putindən, nə də Priqojindən qəhrəman düzəltmək lazım deyil. Yəni onlar bu vəziyyəti əldən veriblər, “sonra düşünüblər ki, sorulacaq, o isə sorulmayıb”.

Onun dediyinə görə, “əgər qarmaqarışıqlıq olsaydı”, Qərbdə bu vəziyyətdən anındaca istifadə edərdilər. “Mənim mövqeyim: əgər Rusiya düşərsə, biz onun qırıntıları altında qalarıq, hamımız məhv olarıq”, – Lukaşenko deyib.

Ana səhifəXəbərlərLukaşenko ordunu “tam hərbi hazırlığa” gətirməyi əmr edib