close

“Mançester Yunayted” Kriştiano Ronaldo ilə yollarını ayırıb

Kriştiano Ronaldo

Tərəflər qarşılıqlı razılıq əsasında əməkdaşlığı dayandırıblar

İngiltərənin “Mançester Yunayted” klubu hücumçu Kristiano Ronaldo ilə müqaviləni pozub.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Tərəflər qarşılıqlı razılıq əsasında əməkdaşlığı dayandırıblar.

Mançester təmsilçisi portuqaliyalı futbolçuya xidmətlərinə görə təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb.

37 yaşlı forvard bu yaxınlarda verdiyi müsahibədə klubu sərt tənqid etmiş, “Mançester Yunayted”in ona xəyanət etdiyini söyləmişdi.

Ronaldo bu mövsüm “qırmızı şeytanlar”ın heyətində Premyer Liqa və Avropa Liqasında 16 oyuna çıxıb, 3 qol vurub və 2 məhsuldar ötürmə edib. O, 2003-2009-cu illər aralığında da İngiltərə klubunun formasını geyinib.

Ronaldo 2021-ci ilin yayında İtaliya “Yuventus”undan “Mançester Yunayted”ə keçmişdi.

Ana səhifəXəbərlər“Mançester Yunayted” Kriştiano Ronaldo ilə yollarını ayırıb