close

Mebel sexində partlayış: Ölən və yaralananların olduğu bildirilir

Foto: DİN

Qurumlar hazırda yanğınla mübarizə tədbirlərinin aparıldığını deyir

Yanvarın 15-də paytaxtın Binəqədi rayonu, S.S.Axundov küçəsində yerləşən mebel sexində partlayış olub. Partlayışdan sonra yanğın çıxıb – ölən və yaralananların olduğu bildirilir.

Bu barədə məlumat yayan Fövqəladə Hallar Nazirliyi (FHN) bildirib ki, əraziyə müvafiq xilasetmə qüvvələri cəlb olunub.

“Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir”.

Daxili İşlər Nazirliyi də əraziyə polislərin cəlb olunduğunu bildirib.

Foto: FHN

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) isə deyilib ki, hadisə yerinə dərhal 15 təcili yardım briqadası cəlb olunub:

“Əlavə məlumat veriləcək”.

Yerli saytların hadisə yerində olan müxbirlərinin verdiyi məlumata görə, hadisə nəticəsində ölənlər və yaralananlar var.

Ana səhifəSosialMebel sexində partlayış: Ölən və yaralananların olduğu bildirilir