close

Kinematoqrafiya və digər audiovizual əsərlərə nəzarət gücləndirilir

Foto: AKİ

Bu məqsədlə Ekspertlər Şurası yaradılıb

Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə kinematoqrafiya, rəqəmsal və digər audiovizual əsərlərin məzmununun qiymətləndirilməsi üzrə Ekspert Şurasının yaradıldığı bildirilir.

Şura ictimai əsaslarla fəaliyyət göstərəcək.

Məqsəd dövlət tərəfindən maliyyələşdirilən, həmçinin istehsal yerindən asılı olmayaraq, ölkə ərazisində ictimai qaydada yayımlanan kinematoqrafiya və digər audiovizual əsərlərin (audiovizual media materialları istisna olmaqla), o cümlədən rəqəmsal platformaların və internet informasiya ehtiyatları vasitəsilə yayımlanan məzmunların qiymətləndirilməsindən ibarətdir.

Qiymətləndirmə kontentin uşaqlar üçün zərərli olub-olmaması, Azərbaycan dilinin, mədəni dəyərlərin qorunması və inkişafına, ümumi estetik tərbiyənin gücləndirilməsinə töhfə verməsi, mövzunun aktuallığı və mədəniyyətin inkişafının prioritet istiqamətlərinə uyğunluğu kimi meyarlara əsasən aparılacaq.

Ekspert Şurasının fəaliyyətinin təşkili məqsədilə katiblik da yaradılıb.

Katiblik Şuranın iclaslarını təşkil edəcək, Şuraya daxil olan müraciətlərin qanunvericiliyin və əsasnamənin tələblərinə uyğunluğunu yoxlayacaq, iclasların keçiriləcəyi vaxt və yer barədə üzvlərə məlumat verəcək.

İclasın gündəliyi, protokolu, uçot, təhlil, ümumiləşdirmə – hamısı katiblikdir.

Azərbaycan Respublikasının Kino Agentliyi tərəfindən bu ilin iyul ayında elan edilən film layihələri müsabiqəsinin pitçinq mərhələsində qalib gələn əsərlər də Ekspert Şurasının rəyi əsasında müəyyən olunacaq.

Ekspert Şurasının tərkibi barədə məlumat verilməyib.

Ana səhifəMədəniyyətKinematoqrafiya və digər audiovizual əsərlərə nəzarət gücləndirilir