close

Mehriban Ələkbərzadəyə vəzifə verildi

Mehriban Ələkbərzadə. Foto: Mehriban Ələkbərzadənin “Facebook” səhifəsindən götürülüb

Adil Kərimli rejissorla bağlı əmr imzalayıb

Əməkdar incəsənət xadimi, rejissor Mehriban Ələkbərzadə Akademik Milli Dram Teatrının bədii rəhbər təyin edilib.

Mədəniyyət naziri Adil Kərimli bununla bağlı əmr imzalayıb.

Mehriban Ələkbərzadə indiyədək çoxsaylı tamaşa və ekran əsərlərinin müəllifi və rejissorudur.

O, Gənc Tamaşaçılar Teatrının və Yuğ Teatrının baş rejissoru vəzifələrində çalışıb.

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına 2016-cı ildən Xalq artisti Azər Paşa Nemətov rəhbərlik edirdi.

Azər Paşa Nemətov 2023-cü aprelin 9-da 76 yaşında qəflətən ürəktutmasından vəfat edib.

Ana səhifəMədəniyyətMehriban Ələkbərzadəyə vəzifə verildi