close

Millətlər Liqasının qalibi məlum olub

Foto: Sky Sports

İspaniya millisi finalda Xorvatiyanı məğlub edib

İyunun 18-də futbol üzrə UEFA Millətlər Liqasında final oyunu keçirilib.

Həlledici görüşdə Xorvatiya və İspaniya milli komandaları qarşılaşıb. Saat 22:45-də start götürən matçın əsas vaxtında qapılara qol vurulmayıb. Belədə, oyunda əlavə vaxta ehtiyac yaranıb. Görüşə əlavə edilən yarım saatda da qalib müəyyənləşməyib. Penalti zərbələrində isə daha dəqiq olan İspaniya millisi UEFA Millətlər Liqasının qalibi adını qazanıb.

Millətlər Liqasında üçüncü yer uğrunda qarşılaşmada isə Niderland və İtaliya yığmaları üz-üzə gəlib. Qarşılaşma İtaliya millisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Ana səhifəİdmanMillətlər Liqasının qalibi məlum olub