close

“Nobel” mükafatçısı Rusiya Ədliyyə Nazirliyini məhkəməyə verir

Dmitri Muratov, foto: REUTERS/Sergei Karpukhin

Dmitri Muradov nazirliyin qərarını qanunsuz sayır

“Novaya qazeta”nın baş redaktoru, “Nobel” mükafatı laureatı Dmitri Muratovun onu “xarici agent” elan edən Rusiya Ədliyyə Nazirliyini məhkəməyə verəcəyi bildirilir.

Bu barədə “Novaya qazeta”nın abunəçilərinin elektron poçtuna gələn məktubda bildirilib.

Mətni jurnalist Arina Borodina “Teleqram” kanalında yayıb.

Məlumatda bildirilib ki, məhkəmə prosesi zamanı Muratovun tələbi ilə onun nəşrin baş redaktoru kimi fəaliyyəti dayandırılıb.

“Novaya qazeta”nın baş redaktoru vəzifəsininin müvəqqəti icrası Sergey Sokolova həvalə edilib.

“Redaksiyamız öz fəaliyyətini həmişəki tempdə davam etdirir. Ancaq ən kiçik bir təhlükə olsa, biz maliyyə əməkdaşlığını dayandıracağıq”, – “Novaya qazeta”nın bəyanatında deyilir.

Rusiya hökuməti sentyabrın 1-də jurnalist Dmitri Muratovu “xarici agent” siyahısına salıb.

Rusiya Ədliyyə Nazirliyinin yaydığı bəyanatda iddia olunub ki, Muratov “xarici agentlər” tərəfindən materialların yaradılması və yayılmasında iştirak edib.

O, həmçinin xarici platformalarda Rusiyanın xarici və daxili siyasətinə mənfi münasibət formalaşdırmaq məqsədi daşıyan fikirlər yaymaqda ittiham edilir.

Rusiya hökumətinə görə, “xarici agent” xaricdən maliyyələşərək ölkənin siyasi fəaliyyətində, həmçinin bəzi məlumatların kütləvi informasiya vasitələrində yayılmasında və ya hərbi məlumatların toplanmasında iştirak edən şəxsdir.

Ana səhifəXəbərlər“Nobel” mükafatçısı Rusiya Ədliyyə Nazirliyini məhkəməyə verir