close

Ötən il Azərbaycanda elmə yönələnlərin çoxu qadın olub

Mənbə: AMEA

Ən çox seçilən sahə fəlsəfədir

Azərbaycanda elmə yönələnlər arasında qadınların sayı artıb.

Ötən il Azərbaycanda 3170 nəfər doktorant təhsil alıb. Bu sayın 52,1 faizini qadınlar təşkil edib. Ümumi 116 ali təhsil müəssisəsində oxuyan doktorantların 80,8 faizi fəlsəfə, 19,2 faizi isə elmlər doktoru proqramları üzrə təhsil alıb.

Dövlət Statistika Komitəsinin bu yöndəki açıqlamasında belə deyilir.

Bildirilir ki, fəlsəfə doktoru proqramı üzrə təhsil alanların 58,3 faizi 30 yaşadək gənclər, elmlər doktoru proqramı üzrə təhsil alanların isə 27,6 faizi 40 yaşadək olan şəxslər olub.

Fəlsəfə doktoru proqramı üzrə təhsil alan 2552 nəfərin 540-ı iqtisad, 413-ü texnika, 250-si filologiya, 172-si tibb, 148-i pedaqogika, 127-si biologiya, 112-si siyasi, 105-i yer elmləri, 95-i tarix, 92-si hüquq, 86-si aqrar, 73-ü riyaziyyat, qalanları isə elmin digər sahələrini seçib.

Dövlət Statistika Komitəsi
Foto: Meydan TV

Doktorantların 111 nəfəri filologiya, 72 nəfəri iqtisad, 55 nəfəri texnika, hər birində 48 nəfər olmaqla 96 nəfəri tibb və biologiya, 42 nəfəri aqrar, 37 nəfəri tarix, 33 nəfəri kimya, 30 nəfəri yer elmləri, 28 nəfəri hüquq, hər birində 19 nəfər olmaqla 38 nəfəri sənətşünaslıq və pedaqogika, 16 nəfəri siyasi elmlər, 15 nəfəri riyaziyyat, 35 nəfəri isə digər sahələrdə elmlər doktoru proqramı üzrə təhsil alıb.2022-ci illə müqayisədə 2023-cü ildə fəlsəfə doktoru proqramı üzrə buraxılış 0,4 faiz artaraq 613 nəfər, elmlər doktoru proqramı üzrə isə 21,2 faiz artaraq 120 nəfər olub. Bu dövrdə fəlsəfə doktoru proqramı üzrə 687 nəfər, elmlər doktoru proqramı üzrə isə 111 nəfər doktoranturaya qəbul olunub.

Qadınların elmə kişilərə baxanda az yönəlməsi həmişə problem olub. Buna səbəb cəmiyyətdəki gender rolları, qadınların öhdəliklərindən çox yük götürməsi, başlarının ailə, məişət məsələlərinə qarışması, bir sözlə, sosial amillərdir. Bu il isə mənzərə biraz fərqli görünür.

Ana səhifəSosialÖtən il Azərbaycanda elmə yönələnlərin çoxu qadın olub