close

Pakistanın cənubunda 11 polis öldürülüb, yaralılar var

Pakistan, foto: reuters

DİN quldurların iki əyalət arasındakı sərhəd yaxınlığında polis patruluna hücum etdiyini deyir

Pakistanda silah və qumbaraatanlarla silahlanmış şəxslərin polis konvoyuna pusqu quraraq, azı 11 zabiti öldürdüyü bildirilir. Xeyli sayda polis isə yaralanıb. Bu barədə Pakistan polisi və Daxili İşlər Nazirliyi məlumat yayıb.

Hadisə Pakistanın cənubundakı Rahim Yar Xan rayonunda baş verib. Polisin açıqlamasında bildirilir ki, quldurlar iki əyalət arasındakı sərhəd yaxınlığında iki polis patruluna hücum ediblər. Pakistanın Daxili İşlər Nazirliyi və Baş nazir Şehbaz Şərif hücumu pisləyib və polis rəhbərliyinə cinayətkarları təqib etmək və həbs etmək üçün təcili tədbirlər görməyə göstəriş verib. Pəncab polisinin sözçüsü bildirib ki, yaralı polislərin sayı doqquzdur.

Pakistanda sərhəd bölgəsi vətəndaşlar üçün qadağan olunmuş ərazi hesab olunur. Çoxlu sayda bandaların təhlükəsiz sığınacaq kimi istifadə etdiyi əraziyə polis və digər hüquq-mühafizə orqanları o qədər də nəzarət etmir. Bu yerlər təhlükəli hesab edilir.

Ana səhifəDünyaPakistanın cənubunda 11 polis öldürülüb, yaralılar var