Aqil Qurbanov nazirliyin təchizat və təminat işlərinə nəzarət edəcək
“PASHA Holding” MMC-nin keçmiş əməkdaşı Aqil Qurbanov Azərbaycan müdafiə nazirinin müavini təyin olunub.
Bu barədə Prezident İlham Əliyev dekabrın 9-da sərəncam imzalayıb.
Sərəncamda Aqil Qurbanovun hansı sahəyə nəzarət edəcəyi göstərilməyib. Meydan TV-nin əldə etdiyi məlumata görə, o, Müdafiə Nazirliyinin maddi-texniki təchizat və təminat işlərinə nəzarət edəcək.
Meydan TV dekabrın 12-də Müdafiə Nazirliyinin rəhbərliyinin eks-prezidenti Heydər Əliyevin məzarını ziyarət edərkən Aqil Qurbanovun da orada olduğunu qeyd etmişdi.
Meydan TV-nin Aqil Qurbanov haqda apardığı araşdırmasına görə, 36 yaşlı Aqil Qurbanov bir həftəyə yaxındır ki, bu posta təyin edilib.
![](https://i1.wp.com/www.meydan.tv/wp-content/uploads/0342-1194x821.png)
Ancaq Müdafiə Nazirliyinin Mətbuat xidməti məsələyə münasibət bildirməmişdi.
Aqil Qurbanovun əvvəlki fəaliyyətinə gəldikdə, o, əvvəllər “PASHA Holding” MMC-yə daxil olan “PASHA İnvestments” MMC-də çalışıb.
Daha sonra “Sumqayıt Texnologiyalar Parkı” MMC-nin Müşahidə Şurasının sədri vəzifəsini daşıyıb.