close

Paşinyan: “Brüssel görüşü konkret nəticə verməyib”

Foto: Azərtac

“Beynəlxalq müdaxilə və mexanizmlər olmadan bu dialoq effektiv ola bilməz”

Ermənistanın Baş naziri Nikol Paşinyan 15 iyulda Brüsseldə keçirilən görüşün Laçın dəhlizinin açılması və Dağlıq Qarabağda humanitar böhranın aradan qaldırılması baxımından konkret nəticə vermədiyini bildirib.

Bu barədə iyulun 20-də Baş nazir hökumətin iclasında danışıb.

Ancaq o danışıqları mümkün qədər intensiv şəkildə davam etdirmək və qarşılıqlı məqbul həll yollarının tapılması istiqamətində fəal səylər göstərməyin lazım olduğunu əlavə edib.

Nikol Paşinyan əminliyini ifadə edib ki, beynəlxalq müdaxilə və mexanizmlər olmadan bu dialoq effektiv ola bilməz:

“Yalnız ona görə ki, Bakı Dağlıq Qarabağ ermənilərinə qarşı aqressiv və hədələyici ritorikasını davam etdirir. Bunun dərin məqsədi, fikrimizcə, Dağlıq Qarabağda etnik təmizləmədir”.

 Şarl Mişelin yekun bəyanatını xatırladan Baş nazir deyib ki, Avropa İttifaqı Şurasının prezidenti Laçın dəhlizinin açılmasının zəruriliyini, eləcə də Xankəndi (Stepanakert) və Bakı arasında dialoq yolu ilə təhlükəsizlik gündəminin və Dağlıq Qarabağ ermənilərinin hüquqlarının həllinin vacibliyini vurğulayıb:

Nikol Paşinyan. Foto: Meydan TV

Bu, artıq nəzəri bəyanat deyil. Laçın dəhlizinin qanunsuz bağlanması yolu ilə həyata keçirilən konkret proqramdır ki, bunun birbaşa təzahürü Dağlıq Qarabağda ermənilərin yaşamasını qeyri-mümkün edir. Təəssüf ki, Beynəlxalq Ədalət Məhkəməsinin Azərbaycanı Laçın dəhlizinin açılmasına məcbur edən 22 fevral və 6 iyul tarixli hüquqi qüvvəyə malik qərarları hələ də icra olunmayıb. Bununla belə, biz bu istiqamətdə işi davam etdirməliyik”.

Nikol Paşinyan Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə keçirilən görüşdə iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı tanınmasının təsdiqləndiyini də bildirib.

O qeyd edib ki, Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında aparılmalıdır.

“Gələcəkdə biz delimitasiya işinin kartoqrafik əsasını konkretləşdirməliyik”, – deyə Paşinyan vurğulayıb.

İyulun 15-də Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel (Charles Michel), Azərbaycanın Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçirilib.

Görüş barədə açıqlama verən Şarl Mişel deyib ki, liderləri sülh prosesinə sadiqliyinə görə təqdir edir.

Aİ Şurasının Prezidenti deyib ki, tərəflər arasında ölkələrin suverenliyi və ərazi bütövlüyü, sərhədlərin delimitasiyası, iki ölkə arasında nəqliyyat əlaqələrinin açılması, Qarabağdakı erməni əhalisinin vəziyyəti, hüquq və təhlükəsizliyi, Laçın dəhlizi ətrafında vəziyyət, təsadüfən sərhəddi keçən əsgərlərin qarşılıqlı azad olunması, minaların təmizlənməsi və itkin düşənlərlə bağlı məsələlər müzakirə olunub.

Şarl Mişel vurğulayıb ki, o iki ölkə liderinə növbəti iki görüşün yaydan sonra keçirilməsi ilə bağlı istəyini bildirib.

Görüşün birinin Brüsseldə, digərinin isə Fransa və Almaniya liderlərinin iştirakı ilə Qranadada keçirilməsinin mümkünlüyünü deyib.

Ana səhifəSiyasətPaşinyan: “Brüssel görüşü konkret nəticə verməyib”