close

Paşinyanın oğlunun hücuma məruz qaldığı bildirilir

A.Paşinyan. Foto: “news.am”

Alen Simonyan Vardanyana da hücum edildiyini deyir

Aprelin 2-də Ermənistanın Baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyana hücum edilib.

Məlumatı Ermənistan parlamentinin spikeri Alen Simonyan “Facebook” səhifəsində paylaşıb.

Ancaq parlamentin spikeri hücum harada baş verdiyini açıqlamayıb.

 Alen Simonyan 3 gün əvvəl Dövlət və Hüquq Məsələləri Daimi Komissiyasının sədri Vladimir Vardanyana da hücumun olduğunu əlavə edib.

O, hücumun Daşnaksütun Partiyası tərəfindən təşkil olunduğunu vurğulayıb.

Ana səhifəDünyaPaşinyanın oğlunun hücuma məruz qaldığı bildirilir