close

Pilotsuz uçuş aparatları Rostov-Dona hücum edib

Foto: “Kavkazski uzel”

İki pilotsuz uçuş aparatı vurulub

“Kavkazski uzel”in materialı

Hava Hücumundan Müdafiə (HHM) vasitəsilə vurulan pilotsuz uçuş aparatlarından birinin Rostov-Donun mərkəzinə, ikincisinin şəhər kənarına düşdüyü bildirilir.

Bu barədə Rostov vilayətinin qubernatoru Vasili Qolubev xəbər verib.

Rostov vilayətinin qubernatoru Vasili Qolubevin məlumatına görə, Rostov-Don yaxınlığında bir, şəhərin mərkəzində ikinci pilotsuz uçuş aparatı vurulub.

“Dəqiqləşdirilmiş məlumata görə, HHM vasitəsilə 2 pilotsuz uçuş aparatı vurulub, biri Rostovun qərb istiqamətində şəhər kənarına, digəri mərkəzə, Puşkinskaya 42 küçəsinə düşüb, – Qolubev bu gün öz “Telegram” kanalında yazıb.

Zərərçəkən ayaqlarından yaralanıb, o, kömək üçün həkimə müraciət edib, lakin xəstəxanaya yerləşdirilməkdən imtina edib. Bir neçə avtomobil ziyan çəkib, həmçinin üç binanın pəncərələri qırılıb.  

“Kavkazski uzel” həmçinin yazıb ki, Rostov vilayətində dəfələrlə uçan obyektlərlə bağlı olaylar baş verir. Belə ki, avqustun 20-də iki pilotsuz uçuş aparatı həmçinin Rostov vilayətinin ərazisinə hücuma keçməyə cəhd edib, lakin radioelektron müdafiə vasitələri ilə neytrallaşdırılıb. Avqustun 15-də Millerovo şəhərində atəş və partlayış səsləri eşidilib. Hakimiyyət izah edib ki, hərbçilər pilotsuz uçuş aparatlarının aerodroma hücumlarının əksi üzərində işləyir. Yerli sakinlər sosial şəbəkələrdəki şərhlərində etibar etmədiklərini dilə gətiriblər.   

2022-ci ilin iyununda və 2023-cü il mayın əvvəlində Krasnosulinsk rayonunda yerləşən Novoşaxtinsk neft məhsulları zavodunun ərazisində pilotsuz uçuş aparatlarının hücumları ilə bağlı partlayışlar baş verib. Mayın 26-da Vasili Qolubev vurulmuş Ukrayna raketi barədə məruzə edib, iyulun 30-da isə pilotsuz uçuş aparatının Taqanrok yaxınlığına düşdüyünü xəbər verib.  

Ana səhifəXəbərlərPilotsuz uçuş aparatları Rostov-Dona hücum edib