close

Polis əməkdaşının özünü öldürdüyü bildirilir

Foto: DİN

DİN: “Hadisə oğlu silahla ehtiyatsız davranma nəticəsində baş verib”

Laçın rayon Polis Şöbəsinin əməkdaşı İman Abbasovun özünü öldürdüyü bildirilir. Hadisə oktyabrın 28-də baş verib.

İman Abbasovun özünü odlu silahla vurması haqda məlumatı Daxili İşlər Nazirliyi təsdiqləyib. Nazirliyin mətbuat xidmətindən Meydan TV-yə verilən məlumata görə polis serjantı İman Abbasov odlu silahla ehtiyatsızlıq nəticəsində açılan atəşdən xəsarət alıb.

“Ona hadisə yerində ilkin tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb”, – Daxili İşlər Nazirliyindən bildirilib.

Ana səhifəBölgəPolis əməkdaşının özünü öldürdüyü bildirilir