close

Portuqaliyada polis Baş nazirin iqamətgahını basıb: Antonio Kosta istefa verib

Antonio Kosta, foto: reuters

Baş nazirin özünün də istintaqa cəlb edildiyi bildirilir

Portuqaliyanın Baş naziri Antonio Kosta istefa verib.

Səbəb korrupsiya araşdırması çərçivəsində polisin onun rəsmi iqamətgahında yoxlama aparmasıdır.

Portuqaliyanın Baş prokuroru Viktor Eskaria deyib ki, polis çərşənbə axşamı Kostanın rəsmi iqamətgahında axtarış aparıb və onun baş qərargah rəisini saxlayıb.

Prokurorluğun yaydığı açıqlamaya görə, istintaq 2015-ci ildən Portuqaliyanın Baş naziri olan Kostanın özü ilə bağlı iddiaları da araşdırır.

İstintaqın aparılması ölkənin şimalında litium kəşfiyyatı sxemləri və Sinesdə “Yaşıl hidrogen” meqalayihəsi ilə bağlıdır.

Məlumata görə, Kostanın sosialist hökuməti Avropa Birliyini xammalla təmin etmək üçün Portuqaliyanın müxtəlif ərazilərində litium çıxarmaq üçün çoxsaylı layihələr icra edir.

Amma çıxarılan elementlərin keyfiyyətinin aşağı olması mübahisələrə səbəb olub.

Bundan başqa, layihələrin icrası zamanı ekoloji böhranın baş verməsi də gözlənilir.

Ana səhifəDünyaPortuqaliyada polis Baş nazirin iqamətgahını basıb: Antonio Kosta istefa verib