close

Prezident gələn ilin büdcəsini təsdiqlədi

2024-cü il büdcəsi. Foto: Deemerwha studio/shutterstock

Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2024-cü il üçün ehtiyac meyarının həddi 270 manat məbləğində təsdiq edilib

Prezident İlham Əliyev gələn ilin büdcəsini təsdiqləyib. 2024-cü il dövlət büdcəsinin gəlirləri 34 milyard 173 milyon manat, xərcləri 36 milyard 763 milyon manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 33 milyard 397 milyon 645 min manat, yerli gəlirləri 775 milyon 355 min manat, mərkəzləşdirilmiş xərcləri 35 milyard 978 milyon 197 min manat, yerli xərcləri 784 milyon 803 min manat) məbləğində təsdiq edilib.

Dövlət Sosial Müdafiə Fondunun 2024-cü il büdcəsinin gəlirləri 6 milyard 919 milyon 860 min manat, xərcləri 6 milyard 919 milyon 860 min manat məbləğində təsdiq edilib.

Prezident “İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında” Qanunu da imzalayıb. İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsinin gəlirləri 238 milyon manat, xərcləri də 238 milyon manat məbləğində təsdiq edilib. Prezident həmçinin “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” qanunu da imzalayıb.

2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilib. Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2024-cü il üçün ehtiyac meyarının həddi 270 manat məbləğində təsdiq edilib. Qanunlar 2024-cü ilin yanvarın 1-dən qüvvəyə minir.

Ana səhifəİqtisadiyyatPrezident gələn ilin büdcəsini təsdiqlədi