close

Prokurorluq dənizə düşən iki nəfərin ölümüylə bağlı cinayət işi açıb

Foto: arxiv

Araşdırmalar Qaradadağ Rayon Prokurorluğunda aparılacaq

Avqustun 24-də Xəzər dənizində yerləşən platformada beton bloklar quraşdırarkən döşəmənin dağılması nəticəsində suya düşərək həyatını itirən iki nəfərin ölümüylə əlaqədar prokurorluqda araşdırmalar başlayıb. Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Hadisə nəticəsində SOCAR-ın Neft Qaz Çıxarma İdarəsi Tikinti Trestinin 7 saylı tikinti bölməsinin qaynaqçısı, 39 yaşlı Şamo Nərimanov və həmin bölmənin quraşdırıcısı, 63 yaşlı Şirvan Ağaməmmədov həlak olub. Araşdırmalar Qaradadağ Rayon Prokurorluğunda aparılacaq.

Neftçilərin Hüquqlarını Müdafiəsi Komitəsinin sədri Mirvari Qəhrəmanlı bildirib ki, hadisə tikinti-quraşdırma işləri zamanı dəmir-beton pilitənin qırılması nəticəsində baş verib.

Mirvari Qəhrəmanlı deyir ki, 2010-2022-ci illər ərzində işəgötürənlərin günahı üzündən ölkənin neft sektorunda baş vermiş qəzalar nəticəsində 161 nəfər həlak olub: “Həlak olmuş 161 nəfərin də 131-1 SOCAR işçiləridir”.

Ana səhifəXəbərlərProkurorluq dənizə düşən iki nəfərin ölümüylə bağlı cinayət işi açıb