close

Putin Mişustinlə bağlı Dumaya təqdimat göndərib

Foto: Wiki

O, Mixail Mişustinin yenidən Baş nazir təyin olunmasını istəyir

Rusiya Prezidenti Vladimir Putin Mixail Mişustinin yenidən Baş nazir vəzifəsinə təyin olunması ilə bağlı Dövlət Dumasına təqdimat göndərib.

Bu barədə mayın 10-da Dövlət Dumasının spikeri Vyaçeslav Volodin özünün “Telegram” kanalında yazıb.

Onun sözlərinə görə, M.Mişustinlə bağlı səsvermə bu gün keçiriləcək:

Mişustin Baş nazir kimi təsdiqləndikdən sonra bir həftə ərzində nazirlər və Baş nazirin müavinləri vəzifələrinə namizədlərini Prezidentə təqdim edəcək”.

Mixail Mişustin mayın 7-də, Vladimir Putin Prezident kimi fəaliyyətə başladıqdan sonra hökumət başçısı vəzifəsindən rəsmən istefa verib.

58 yaşlı Mişustin 2020-ci ilin yanvarından Baş nazir vəzifəsini icra edir.

Martın 15-17-də Rusiyada Prezident seçkiləri keçirilib.

Rusiyanın Mərkəzi Seçki Komissiyası (MSK) hazırkı Prezident Vladimir Putinin 86,5 faiz səs topladığı haqda məlumat yayıb.

Rusiyada sonuncu dəfə Prezident seçkiləri 2018-ci ilin martında keçirilib.

Rusiya Mərkəzi Seçki Komissiyasının məlumatına görə, hazırkı Prezident Vladimir Putin həmin seçkilərdə 76,69 faiz səs toplayıb.

2000-ci ildən 2008-ci ilə qədər prezidentlik müddətini nəzərə aldıqda Vladimir Putin dördüncü dəfə Rusiyanın Prezidenti seçilib.

2008-2012-ci illərdə Rusiyanın Prezidenti Dmitri Medvedyev olub.

O, hazırda Təhlükəsizlik Şurasının sədridir. 

Ana səhifəDünyaPutin Mişustinlə bağlı Dumaya təqdimat göndərib