close

Qanalı futbolçunun cəsədi dağıntıların altından çıxarılıb

Foto: CNN Türk

“Çelsi”nin keçmiş oyunçusu zəlzələdə həyatını itirib

Türkiyənin “Hatayspor” klubunun futbolçusu Kristian Atsu Hatay vilayətində baş verən zəlzələdə ölüb.

Bu barədə Türkiyə klubunun rəsmi saytı məlumat yayıb.

Qanalı yarımmüdafiəçinin agenti Murat Uzunmehmet də 31 yaşlı futbolçunun cəsədinin dağıntılar altından çıxarıldığını təsdiqləyib.

Daha əvvəl “Hatayspor”un qızlardan ibarət komandasının futbolçusu Verda Demetgün zəlzələ zamanı vəfat etdiyi məlum olmuşdu.

Kristian Atsu karyerası ərzində Portuqaliyanın “Portu”, İngiltərənin “Çelsi”, “Everton” və “Nyukasl” klublarında forma geyinib.

Mərhum futbolçu Qana millisində 65 oyun keçirib.

Ana səhifəXəbərlərQanalı futbolçunun cəsədi dağıntıların altından çıxarılıb