close

“Qarabağ” Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib

Foto: Meydan TV

Azərbaycan çempionu “Linkoln”u böyük hesabla məğlub edib

İyulun 19-da “Qarabağ” klubu UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində cavab oyununu keçirib.

Ağdam klubu Cəbəllütariq çempionu “Linkoln”la qarşılaşıb.

Bakı Olimpiya Stadionunda keçirilən oyuna saat 20:00-da start verilib.

Cəbəllütariqdə keçirilən ilk oyunda “Qarabağ” 2:1 hesablı qələbə qazanmışdı. Cavab görüşü də Azərbaycan çempionunun qələbəsi ilə başa çatıb. “Köhlən atlar” 4:0 hesablı qələbə qazanmaqla Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinə yüksəlib.

“Qarabağ” Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Polşa klubu “Rakuv”la qarşılaşacaq. İlk oyun iyulun 26-da, Polşada keçiriləcək.

Ana səhifəİdman“Qarabağ” Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib