Azərbaycan çempionu “Ludoqorets”i böyük hesabla məğlub edib
“Qarabağ” komandası avqustun 13-də UEFA Çempionlar Liqasında növbəti oyununu keçirib.
Azərbaycan çempionu 3-cü təsnifat mərhələsinin cavab matçında Bolqarıstanda “Ludoqorets”in qonağı olub.
Bakıda baş tutan ilk oyunda bolqarlar 2:1 hesablı qələbəyə sevinmişdilər.
Saat 22:00-da start götürən cavab matçında “Qarabağ” qələbə qazanıb. Oyunun əsas vaxtında vurulan qollarla ümumi hesab bərabər olduğundan, əlavə vaxta ehtiyac duyulub. “Qarabağ” 7:2 hesablı qələbə sayəsində Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlib. Komanda bu mərhələdə Xorvatiya çempionu “Dinamo” (Zaqreb) ilə üz-üzə gələcək.