close

Qazaxıstan rusiyalı jurnalistə ölkəyə girişi qadağan edib

Tina Kandelaki. Foto: magicinfoto/shutterstock

XİN: “Tina Kandelaki Qazaxıstana buraxılmayacaq”

Qazaxıstan Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Aybek Smadiyarov yanvarın 22-də rusiyalı jurnalist Tina Kandelakinin ölkəsində “persona non-qrata” (arzuolunmaz şəxs) elan edildiyini açıqlayıb.

Buna səbəb jurnalistin Qazaxıstanla bağlı sosial mediada yazdığı post olub.

Tina Kandelaki qeyd edib ki, Qazaxıstanda rus dili sıxışdırılır.

O, qazaxları yaltaqlıqda ittiham edərək Qazaxıstandakı vəziyyəti “Baltik ölkələri” ilə müqayisə edib.

“Tina Kandelaki çətin ki, Qazaxıstana gəlsin. Əgər gəlsə, onu ölkəyə buraxmayacaqlar”, – deyə Smadiyarov jurnalistlərin sualını cavablandırarkən deyib.

XİN rəsmisi əlavə edib ki, lazım gələrsə, Tina Kandelaki barədə tədbir görüləcək: “Dövlət bunu bağışlamır”.

Bundan əvvəl Qazaxıstan XİN oxşar açıqlamalarına görə Tiqran Keosayanı “persona non qrata” elan etmişdi.

Ana səhifəDünyaQazaxıstan rusiyalı jurnalistə ölkəyə girişi qadağan edib