close

Ramiz Rzayev Ali Məhkəmənin sədri vəzifəsi ilə vidalaşdı

Ramiz Rzayev. Foto: “supremecourt.gov.az”

Bu posta namizəd kimi Çimgiz Əsgərovla Əli Hüseynlinin adı hallandırılır

Ali Məhkəmənin sədri Ramiz Rzayevin yaş həddi ilə əlaqədar səlahiyyət müddəti başa çatıb. Başqa hakimlər 65 yaşa çatanda onların səlahiyyətlərinə xitam verilirsə, Ali Məhkəmənin sədri 70 yaşına qədər bu vəzifədə qalıb.

1953-cü il təvəlllüdlü Ramiz Rzayev fevralın 25-də 70 yaşını tamamlayıb. O, 18 ildir ki, sədrlik etdiyi Ali Məhkəmənin kollektivi ilə martın 6-da vidalaşıb. Bu barədə Ali Məhkəmənin yaydığı məlumatda bildirilir ki, Ramiz Rzayev kollektivlə görüşdə çıxış edib. Deyib ki, Ali Məhkəmənin sədri vəzifəsini 18 il qürurla daşıdığına, qanunun aliliyinin təmin olunmasında iştirakına görə özünü rahat və xoşbəxt hiss edir.

Ali Məhkəmənin sədri postuna əsas namizədlər arasında son dövrlərdə bu qurumun sədr müavini təyin olunan, Azərbaycanın Avropa Məhkəməsi yanında nümayəndəsi Çingiz Əsgərovun, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin adı hallanır.

Ana səhifəXəbərlərRamiz Rzayev Ali Məhkəmənin sədri vəzifəsi ilə vidalaşdı