İspaniya klubu yarımfinalda “Bayern”i məğlub edib
Mayın 8-də UEFA Çempionlar Liqasında ikinci finalçının adına aydınlıq gəlib.
İspaniyanın paytaxtı Madriddə keçirilən oyunda “Real” Almaniyanın “Bayern” komandası ilə qarşılaşıb. Oyun saat 23:00-da start götürüb.
Komandalar arasında Almaniyada keçirilən ilk oyun 2:2 hesabı ilə yekunlaşmışdı.
![](https://i1.wp.com/www.meydan.tv/wp-content/uploads/55b2282e-5e3e-462f-b42d-43ddba01be02.jpg)
“Real” cavab görüşündə 2:1 hesablı qələbə qazanıb. Bununla da, “kral klubu” Çempionlar Liqasının final matçına vəsiqə əldə edib.
Madrid təmsilçisi final oyununda Almaniyanın “Borussiya” (Dortmund) komandası ilə qarşılaşacaq.
Final matçı iyunun 1-də “Uembli” stadionunda keçiriləcək.