close

“Reuters”in əməkdaşı canlı yayım apararkən həlak olub

Livanın Baş naziri Najib Mikati və Hizbullah millət vəkili hadisədə İsraili günahlandırıb

“Reuters” Agentliyinin jurnalisti Livanda İsrail istiqamətindən atılan raket nəticəsində həlak olub.

Hadisə yerində olan “Reuters”-in videoqrafının verdiyi məlumata olay Livanın cənubunda İsrail istiqamətindən atılan raketlərin onlara tuş gəlməsi nəticəsində baş verib. Jurnalist  İssam Abdallah həlak olub, ərazidəki daha 6 jurnalist isə yaralanıb.

Agentlik bildirir ki, “Reuters”, “Al Jazerra” və AFP jurnalistləri Livanın cənubunda İsrail və Hizbullah qruplaşması arasında toqquşmaların yaşandığı Alma əş-Şaab yaxınlığında çalışırmış. Elə hadisə də burada baş verib.

Livanın Baş naziri Najib Mikati və Hizbullah millət vəkili hadisədə İsraili günahlandırıb.

İsrailin BMT-dəki nümayəndəsi Gilad Erdan keçirdiyi brifinqdə deyib:

“Aydındır ki, biz heç vaxt öz işini görən jurnalisti vurmaq, öldürmək və ya güllələmək istəməzdik. Amma bilirsiniz ki, biz müharibə vəziyyətindəyik, hər şey baş verə bilər, lakin biz bunu araşdıracağıq”.

İssam Abdullahın canlı yayımdaykən həlak olduğu bildirilir. Kamera yüksək səslə silkələnib, havanı duman bürüyüb, sonra qışqırıq səsləri eşidilməyə başlanıb və kamera yamaca düşüb.

“Videoqrafımız İssam Abdullahın öldürüldüyünü öyrənmək bizi çox kədərləndirdi”, – “Reuters” hadisə barədəki açıqlamasında bidlirir.

Agentlik qeyd edir ki, hazırda daha çox məlumat əldə etməyə çalışırlar. Bölgədəki səlahiyyətlilərlə əməkdaşlıq edirlər:

İssamın ailəsini və həmkarlarının hüznünü bölüşürük”.

Hadisə yerində yaralanan digər jurnalistlər tibbi yardım aldıqdan sonra xəstəxanadan buraxılıblar.

İsrailin BMT-dəki nümayəndəsi Erdan əlavə edib ki, həmişə dinc əhali arasında itkiləri azaltmağa və qarşısını almağa çalışırlar:

Olanlardan təəssüflənirik. Biz bunu araşdıracağıq, lakin hazırda orada baş verənləri adlandırmaq üçün tezdir”.

Livanın İsraillə sərhədində patrul xidməti həyata keçirən Birləşmiş Millətlər Təşkilatının Livandakı Müvəqqəti Qüvvəsi bu xəbərdən kədərləndiyini bildirib və atəşi dayandırmağa çağırıb.

“Bu eskalasiyanın nəzarətdən çıxma potensialını göstərir və dayandırılmalıdır”, – bəyanatda deyilir.

Ana səhifəDünya“Reuters”in əməkdaşı canlı yayım apararkən həlak olub