close

Rüfət Həsənov vəzifəsindən azad edildi

Rüfət Həsənov. Foto: AKİ

Onun öz ərizəsi ilə vəzifəsindən imtina etdiyi bildirilir

Rüfət Həsənov Mədəniyyət Nazirliyinin Audiovizual və İnteraktiv Media şöbəsinin müdiri vəzifəsindən azad olunub.

Mədəniyyət Nazirliyindən bildirilib ki, Rüfət Həsənov öz ərizəsi ilə vəzifəsindən imtina edib.

Rejissor bir müddət öncə işdən azad edilməsi ilə əlaqədar Mədəniyyət Nazirliyinə müraciət etmişdi.

Rüfət Həsənov həm də Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) baş direktoru vəzifəsini icra edir.

O, 1987-ci ildə Bakıda doğulub.

2009-cu ildə ABŞ-nın Men ştatında fəaliyyət göstərən “Bates College”nin rejissorluğunu oxuyub.

Nyu-Yorkda “Vice Media” şirkətində montaj rejissoru olub.

Moskvada “Vita Aktiva” Kommunikasiya İnstitutunda post-prodakşn meneceri işləyib.

2013-2017-ci illərdə Vilnüsün “Lupa Q” prodakşn şirkətində və Moskvanın “Lemon Films” studiyasında montaj rejissoru işləyib.

2017-ci ildən Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasının rejissoru kimi fəaliyyətini davam etdirib.

“Debüt” studiyasının direktoru vəzifəsində çalışıb.

Rüfət Həsənov 2020-ci ilin avqustunda Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimovun əmri ilə nazirliyin Kinematoqrafiya şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdi.

Nazirliyin kino şöbəsində vəzifədə olduğu müddətdə Rüfət Həsənovdan daim narazılıqlar olub.

Ana səhifəMədəniyyətRüfət Həsənov vəzifəsindən azad edildi