close

Rusiya Estoniyanın Baş naziri və Dövlət katibini axtarışa verib

Kaja Kallas. Foto: Raul Mee

Onların konkret hansı maddə ilə axtarışa verildiyi açıqlanmayıb

Rusiya Daxili İşlər Nazirliyi Estoniyanın Baş naziri Kaja Kallası cinayət işi üzrə axtarışa verib.

Bu barədə fevralın 13-də Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb.

Estoniyanın Baş nazirinin hansı maddə ilə axtarışa verildiyi açıqlanmayıb.

Bundan əlavə, nazirlik Estoniyanın Dövlət katibi Taimar Peterkop barədə də axtarış elan edib.

Rusiya hüquq-mühafizə orqanları yerli mediaya deyiblər ki, sovet əsgərlərinin abidələrinin dağıdılması və zədələnməsinə görə Kallas və Peterkopa qarşı iş açılıb:

Onlar bu işin tərkib hissəsi kimi axtarışa verilib”.

2023-cü ilin sentyabrında Rusiya İstintaq Komitəsi qiyabi olaraq 170-dən çox xarici vətəndaşı, o cümlədən Latviya, Litva, Estoniya, Polşa və Ukrayna vətəndaşlarını sovet əsgərlərinin abidələrinin təhqir edilməsi və dağıdılması işlərində müttəhim kimi ittiham edib.

Ana səhifəSiyasətRusiya Estoniyanın Baş naziri və Dövlət katibini axtarışa verib