close

Rusiya ilə ticarət edən İran və Çin şirkətlərinə sanksiya qoyulacaq

Rusiyaya qarşı sanksiyalar. Foto: Anton Petrus/shutterstock

Avropa İttifaqı yeni sanksiya paketi nəzərdə tutub

Avropa İttifaqı (Aİ) ölkələri Rusiyaya qarşı növbəti sanksiya paketinə hazırlaşır.

Bu dəfə hədəfdə həm də Rusiya ilə ticarət əlaqələri olan Çin və İran firmaları var.

Yeni sanksiyalar Rusiyanın üçüncü ölkələrlə ixrac əməliyyatlarına məhdudiyyətlər nəzərdə tutur.

Avropa Komissiyasının sədri Ursula von der Leyen yeni sanksiyaların Rusiyanın ticarət əlaqələrinin qarşısının alınmasına yönəldiləcəyini və bunun Yeddilik (G7) ölkələri ilə “çox sıx koordinasiyada” hazırlandığını deyib:

Əgər hər hansı malın Avropa İttifaqı ölkəsindən üçüncü ölkə vasitəsilə Rusiyaya getdiyini görsək, üzv ölkələrə həmin malların ixracına sanksiya qoyulmasını təklif edə bilərik. Bu alət son çarədir və ondan ehtiyatla istifadə olunacaq“.

O əlavə edib ki, Aİ qabaqcıl texnoloji məhsullar və təyyarə hissələri də daxil olmaqla, bütün ixracatının daha çox hissəsinin Rusiya üzərindən tranzitini dayandıracaq.

Fon der Leyen Komissiyası tərəfindən hazırlanmış təkliflə tanış olan diplomatik mənbələrin məlumatına görə, sanksiyalara Çin, İran, Qazaxıstan və Özbəkistan da daxil olmaqla, “onlarla” yeni şirkət qara siyahıya salınıb.

Yeni sanksiyalar neft tankerlərinin açıq dənizlərdə yük boşaltmasına və ya GPS izləyiciləri sönük halda limanlara gəlməsinə icazə verilmədiyini vurğulayacaq ki, bu da G7-nin Rusiya neftinin ticarəti ilə bağlı məhdudiyyətlərini pozmağa cəhddir.

Bütün 27 Aİ ölkəsi Rusiyanın 2022-ci ilin fevralında Ukraynanı işğal etməsindən sonra blokun bu cür tədbirlərin 11-ci raundu olacaq yeni sanksiyaların qüvvəyə minməsi üçün razılaşmalıdır.

Ana səhifəXəbərlərRusiya ilə ticarət edən İran və Çin şirkətlərinə sanksiya qoyulacaq