close

Rusiya iqtisadiyyatının hərbi sahədə genişləndiyi bildirilir

Rusiya iqtisadiyyatı və hərb. Foto: vovidzha/shutterstock

Səbəb kimi sanksiyalara uyğunlaşmanı göstərirlər

Sanksiyalara baxmayaraq, Rusiyanın hərbi iqtisadiyyatı proqnozlaşdırılandan çox genişlənib.

“Bloomberg” bunun səbəbini beynəlxalq sanksiyaların təsirinə uyğunlaşmaqda görür.

Ukrayna ilə müharibədən sonra ölkənin ÜDM-si azala-azala getsə də, 2023-cü ilin ikinci rübündə 4,9 faiz genişlənib.

Rusiya iqtisadiyyatı ilin ikinci rübündə artım nümayiş etdirir.

Moskvada “Rosbank”ın iqtisadçısı Yevgeni Koşelev bildirib ki, 2024-cü ildə Rusiya artıq 2021-ci ilin səviyyəsini keçəcək.

Mütəxəssislər düşünür ki, Rusiya iqtisadiyyatındakı bu dönüş 2022-ci ilin fevralında Ukraynaya hərbi müdaxilə ilə bağlı tətbiq edilən sanksiyalara cavab olaraq uzunmüddətli enişlə bağlı proqnozları alt-üst edib.

Bu ölkənin artan müdafiə xərcləri sənaye istehsalını da artırıb.

2023-cü ildə cəmi 2 faiz artım proqnozlaşdıran “BCS Financial Group”un baş iqtisadçısı Natalia Lavrova bildirib ki, ÜDM gələn ilin ortalarında müharibədən əvvəlki həcminə çata bilər.

Digər tərəfdən Rusiya Prezidenti Vladimir Putin orduya könüllülərin qəbulunu həyata keçirir.

Ekspertlər düşünür ki, onun bu addımı gələcəkdə iqtisadiyyatın müxtəlif sahələrində işçi çatışmazlığına gətirib çıxara bilər.

Rusiya Prezidenti ötən həftə çağırış yaşını yanvar ayında 27-dən 30-a qaldıran və rəqəmsal hərbi çağırış bildirişi alan kişilərin ölkədən çıxmasını qadağan edən qanunu imzalayıb.

Ana səhifəİqtisadiyyatRusiya iqtisadiyyatının hərbi sahədə genişləndiyi bildirilir