close

Rusiya Sünikdə konsulluğunu açacaq

Rusiya-Ermənistan. Foto: Fly Of Swallow Studio/shutterstock

Paşinyanın Putinlə görüşündə buna razılıq verdiyi bildirilir

Rusiya Ermənistanın Sünik bölgəsində konsulluğunu açacaq.

Bu barədə mayın 28-də Moskvada erməni-rus ekspertlərinin dəyirmi masasında Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə 4-cü departamentinin direktor müavini Sergey Paltov məlumat verib.

Mayın 25-də Moskvada keçirilən Paşinyan-Putin ikitərəfli görüşü zamanı Ermənistan Rusiyannın Sünikdə konsulluq açmasına razılıq verib”,-deyə Paltov qeyd edib.

Diplomatın sözlərinə görə, konsulluğun açıqlaması prosesində ən azı bir il tələb olunacaq uzun dövlət prosedurlarından keçmək deyil, sadələşdirilmiş yolla getmək qərara alınıb.

2022-ci ilin oktyabrın 21-də isə İranın Ermənistanın Qafan şəhərində İranın Baş Konsulluğunun açılışı olub.

Tədbirdə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan iranlı həmkarı Hüseyn Əmir Abdullahyanla iştirak ediblər.

Ana səhifəDünyaRusiya Sünikdə konsulluğunu açacaq