close

Rusiya telekanallarına dronların hücumunu işıqlandırmaqla bağlı qadağa

Foto: Meydan TV

“Efirin başlamasına 15 dəqiqə qalmış bütün buraxılışı dəyişməli olduq”

Rusiya telekanallarına Moskvaya dron hücumunu işıqlandırmağın qadağan edildiyi bildirilir.

“The Insider”in Rusiya Baş Teleradio Yayımları İdarəsindəki mənbədən əldə etdiyi məlumata görə, hökumətə məxsus “Rossiya-24” və “Moskva-24” kanallarına, həmçinin “RBC” və bəzi regional telekanallara saat 11:00 xəbər buraxılışına 15 dəqiqə qalmış mövzunu işıqlandırmaq qadağan edilib.

Telekanallar Moskva üzərində dron xəbərlərində Müdafiə Nazirliyinin qısa şərhləri ilə kifayətləniblər.

Efirin başlamasına 15 dəqiqə qalmış bütün buraxılışı dəyişməli olduq. Dron zərbələrinin şahidləri və nəticələri ilə bağlı kadrlar tamamilə yığışdırıldı. Məcbur qalıb, efiri xarici xəbərlərlə doldurduq”,- məlumatı ötürən mənbə bildirib.

İyulun 24-də səhər saatlarında iki pilotsuz uçuş aparatının (PUA) Moskvaya hücum etdiyi bildirilir.

Rusiya Müdafiə Nazirliyi zərərsizləşdirilən PUA-ların Ukraynaya məxsus olduğunu iddia edib.

Rusiya 2022-ci il fevralın 24-də Ukraynaya qarşı hərbi əməliyyatlara başlayıb.

Ana səhifəMədəniyyətRusiya telekanallarına dronların hücumunu işıqlandırmaqla bağlı qadağa