close

Rusiya Ukraynanı Kremli dronla vurmaqda ittiham edir

Moskva, Baturina Yuliya/shutterstock

Moskva Kiyevə cavab verəcəyini istisna etməyib

Rusiya Ukraynanı Kremlə pilotsuz təyyarələrlə zərbə endirməyə cəhddə ittiham edib.

Məlumatı mayın 3-də Prezidentin mətbuat xidməti yayıb.

“İki pilotsuz uçuş aparatı Kremlə yönəlib. Hərbçilər və xüsusi xidmət orqanlarının radar döyüş sistemlərindən istifadə etməklə vaxtında gördüyü tədbirlər nəticəsində qurğular sıradan çıxarılıb”, – deyə Kremldən bildiriblər.

Qeyd olunur ki, aparatların düşməsi və qırıntıların Kreml ərazisinə səpələnməsi nəticəsində ölən və ya maddi ziyan dəyməyib:

Rusiya Prezidenti Vladimir Putin xəsarət almayıb və Kiyevin hücumundan sonra həmişəki kimi işini davam etdirir. Vladimir Putinin iş qrafiki dəyişməyib”.

Kreml hadisəni 9 May Qələbə Günü ərəfəsində planlaşdırılan terror aktı və Rusiya Prezidentinin həyatına qəsd kimi qiymətləndirir.

“Rusiya lazım bildiyi yerdə və uyğun vaxtda Kremlə zərbə endirmək cəhdinə cavab vermək hüququnu özündə saxlayır”, – deyə  məlumatda qeyd olunub.

Ukaynanın rəsmi dairələri məlumatla bağlı hansısa şərh verməyib.

Tarixçə

2022-cil il Rusiya Prezidenti Vladimir Putin Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan etdikdən 2 gün sonra, fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb.

Dünyanın əksər ölkəsi Rusiyanın hücumunu pisləyib.

Bundan sonra Avropa Birliyi ölkələri, eləcə də ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edib.

600-dən çox rusiyalı oliqarx, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrova qarşı sanksiyalar tətbiq edilib.

Rusiyada təşkil olunacaq yarışlar təxirə salınıb, bu ölkənin adı mühüm tədbirlərdən və təşkilatlardan çıxarılıb.

2022-ci il aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.

Rusiya isə Avropa Şurası üzvlüyündən çıxıb.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.

2022-ci il iyunun 25-də Avropa İttifaqının 12 ölkəsi Rusiya qazının tədarükündən tamamilə və ya qismən imtina edib.

2022-ci ilin sentyabrın 30-da Vladimir Putin Rusiyanın nəzarəti ələ keçirdiyi ərazilərlə müqavilə imzalayıb.

Sentyabrın 23-dən -27-dək Rusiyanın işğal altında saxladığı Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərində referendum keçirilib.

Referendumda üç sual qoyulub: “Siz regionun Ukraynadan ayırılmasının, müstəqil dövlət yaradılmasının və Rusiyanın tərkibinə daxil olmasının tərəfdarısınızmı?”
Rusiyanın açıqladığı nəticələrə görə, həmin vilayətlərin sakinləri Rusiyanı dəstəkləyib.

Ana səhifəDünyaRusiya Ukraynanı Kremli dronla vurmaqda ittiham edir