close

Rusiya Ukraynanın 3 vilayətinə zərbələr endirib: ölən və yaralananlar var

Mənbə: Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti

6 nəfərin həlak olduğu, 70-dən çox insanın yaralandığı deyilir

Yanvarın 23-də səhər saatlarında Rusiya ordusunun Ukraynanın Kiyev, Xarkov və Dnepropetrovsk vilayətlərini raket atəşinə tutduğu bildirilir.

Qeyd olunur ki, raket atəşi nəticəsində 6 nəfər həlak olub, 70-dən çox insan yaralanıb.

Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı bildirib ki, Rusiya qoşunları qanadlı, ballistik, aviasiya və zenit raketlərindən istifadə etməklə Ukrayna ərazisinə ümumilikdə 41 raket atıb.

Valeri Zalujni Ukrayna hava hücumundan müdafiə qüvvələrinin 21 raketi vurduğunu bildirib.

Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı iddia edir ki, ballistik trayektoriya üzrə atılan Rusiya raketlərinin heç də hamısı hədəflərinə çatmayıb.

Kiyev hərbi administrasiyasının rəhbəri Sergey Popko bildirib ki, Rusiya hərbçiləri Ukraynanın paytaxtına bir neçə mərhələdə hücum edib:

Əvvəlcə Rusiya qoşunları Saratov vilayətindən Tu-95MS strateji bombardmançı təyyarələrindən Kh-101/Kh-555/Kh-55 qanadlı raketlərini, sonra isə yerüstü ballistik raketləri buraxıblar”.

Onun sözlərinə görə, hava hücumundan müdafiə qüvvələri, demək olar ki, onlarla raketi vurub.

Müharibənin xronikası

2022-cil il Rusiya Prezidenti Vladimir Putin Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan etdikdən 2 gün sonra, fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb.

Dünyanın əksər ölkəsi Rusiyanın hücumunu pisləyib.

Bundan sonra Avropa Birliyi ölkələri, eləcə də ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edib.

600-dən çox rusiyalı oliqarx, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrova qarşı sanksiyalar tətbiq edilib. Rusiyada təşkil olunacaq yarışlar təxirə salınıb, bu ölkənin adı mühüm tədbirlərdən və təşkilatlardan çıxarılıb.

2022-ci il aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib. Rusiya isə Avropa Şurası üzvlüyündən çıxıb.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.

2022-ci il iyunun 25-də Avropa İttifaqının 12 ölkəsi Rusiya qazının tədarükündən tamamilə və ya qismən imtina edib.

2022-ci ilin sentyabrın 30-da Vladimir Putin Rusiyanın nəzarəti ələ keçirdiyi ərazilərlə müqavilə imzalayıb.

Sentyabrın 23-dən -27-dək Rusiyanın işğal altında saxladığı Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərində referendum keçirilib.

Rusiyanın açıqladığı nəticələrə görə, həmin vilayətlərin sakinləri Rusiyanı dəstəkləyib.

Ukrayna və Qərb ölkələri isə referendumu saxta adlandırıb.

Ana səhifəDünyaRusiya Ukraynanın 3 vilayətinə zərbələr endirib: ölən və yaralananlar var