close

Rusiya Xarkova hava hücumu edib, həlak olanlar var

Rusiya-Ukrayna müharibəsi. Foto: Gokhan Y/shutterstock

Rusiyanın şəhəri ələ keçirəcəyi ilə bağlı fərziyyələr artıb

Rusiya pilotsuz təyyarələri Xarkovu vurub. Nəticədə 6 nəfər həlak olub, 10 nəfər yaralanıb. Rəsmilər Ukraynanın ikinci ən böyük şəhərinə getdikcə tez-tez hücum baş verdiyini bildirir.

Aprelin 6-da yerli vaxtla gecə yarısı baş verən hücum rus komandirlərinin yaxın aylarda şəhəri ələ keçirmək üçün hücuma hazırlaşacağı ilə bağlı fərziyyələri daha da artırıb.

İki gün əvvəl Rusiya pilotsuz təyyarəsinin hücumu nəticəsində dörd nəfər mülki, üç nəfərsə fövqəladə hal işçisi həlak olmuşdu. Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin “Telegram” səhifəsində aprelin 6-da gecə yarısı baş verən hücumla bağlı bunlar yazılıb:

Düşmənin zərbəsi nəticəsində 6 nəfər ölüb, 10 nəfər yaralanıb”.

Regional administrator Oleh Synyehubov da oxşar rəqəmlər səsləndirib. Xarkov meri İhor Terekhov bildirib ki, İran istehsalı olan dronlar ən azı doqquz hündürmərtəbəli bina, üç yataqxana və bir yanacaqdoldurma məntəqəsini vurub.

Polisin “Telegram”da yayımladığı fotolarda mülki ərazilərdə, o cümlədən hündürmərtəbəli yaşayış binasının yaxınlığında bir neçə yanğın baş verdiyi əks olunub.

Başqa bir məlumatda Ukrayna ordusu hava hücumundan müdafiə vasitələrinin Rusiya tərəfindən buraxılan 32 pilotsuz təyyarədən 28-ni və altı raketdən üçünü məhv etdiyini iddia edib.

Prezident Volodimir Zelenskinin aparat rəhbəri Andriy Yermak “Politico” xəbər agentliyinə deyib ki, o, Xarkovu Rusiyanın may və ya iyun aylarında həyata keçirəcəyi hər hansı yeni hücum üçün ən çox ehtimal olunan hədəf kimi görür.

Bir gün əvvəl Rusiyanın cənubundakı Zaporijiya şəhərinə 5 raket atması nəticəsində azı 4 nəfər ölüb, 20 nəfər yaralanıb. Rusiya qüvvələri ilə müharibədə cəbhə xəttinə yaxın olan şəhərdə yaralananlar arasında zərbələrin nəticələrini işıqlandıran iki jurnalist də var.

Ana səhifəDünyaRusiya Xarkova hava hücumu edib, həlak olanlar var