close

Rusiyanın 4 media orqanının Avropada yayımı qadağan olunub

Avropa Birliyi və Rusiya. Foto: ffikretow/shutterstock

Səbəb olaraq təbliğat xarakterli materialların yayımlanması göstərilib

Rusiyanın daha dörd media orqanının Avropa İttifaqında yayımı qadağan edilib.

Səbəb təbliğat xarakterli materialların yayımlanması göstərilib. Bunlar “Avropanın Səsi”, “RİA Novosti”, “İzvestiya” və “Rossiyskaya qazeta”dır.

Avropa İttifaqı Şurası bu KİV-ləri Rusiya Federasiyası rəhbərliyinin daimi birbaşa və ya dolayı nəzarəti altında olan media orqanları kimi təsnif edib.

Onlar Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsini dəstəkləmək və qonşu ölkələrin sabitliyini pozmaq üçün vacib alət kimidirlər”.

Fundamental Hüquqlar Xartiyasına uyğun olaraq, tədbirlər hədəflənən media orqanlarının və onların əməkdaşlarının Aİ-də yayımdan başqa xəbər toplamasına, araşdırma və müsahibələr aparmasına və ya digər fəaliyyətlərini həyata keçirməsinə mane olmayacaq.

Şura qərar qəbul edərkən Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı təcavüzünə haqq qazandırmaq və dəstəkləmək, qonşu ölkələrə və Aİ-yə qarşı sabitliyi pozmaq strategiyasını gücləndirmək üçün media və informasiya manipulyasiyası, müdaxilə və faktların ciddi şəkildə təhrif edilməsi üzrə sistemli beynəlxalq kampaniyasına istinad edib.

Məlumatda həmçinin bildirilir ki, Rusiya Federasiyası Ukraynaya qarşı təcavüzünü əsaslandırmaq və dəstəkləmək, habelə qonşu ölkələrdə, Avropa İttifaqına üzv dövlətlərdə sabitliyi pozmaq üzrə strategiyanı gücləndirmək üçün məlumatların manipulyasiyası, müdaxilə və faktların təhrif edilməsi üzrə sistematik beynəlxalq kampaniya aparır.

Ana səhifəDünyaRusiyanın 4 media orqanının Avropada yayımı qadağan olunub