close

Sayt redaktoruna hökm oxundu

Foto: Osman Rzayevin şəxsi arxivindən

Osman Nərimanoğlu özünü “Göygöl rayonunun vəzifəli şəxslərinin böhtan kampaniyasının qurbanı” adlandırıb

“Demokratik.az” saytının redaktoru Osman Rzayevin (Nərimanoğlu) bir ildir davam edən məhkəməsi yanvarın 25-də yekunlaşıb. O, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmüylə 6 il 6 ay azadlıqdan məhrum edilib. Bu hökmü Roman Ələkbərlinin sədrliyilə, Dadaş İmanov və Mikayıl Məmmədzadədən ibarət hakimlər kollegiyası çıxarıb.

Hökmə əsasən, Osman Nərimanoğlu Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsilə təqsirli bilinib. O, 9 nəfərdən saytda onları rüsvay edəcək məlumatları yaymamaq üçün pul almaqda ittiham olunur. Zərərçəkmiş qismində tanınanlar arasında Göygöl Rayon Mərkəzi Xəstəxanasının direktoru Vasif Əliyev, xəstəxananın şöbə müdiri Əlikömək Alıyev, həkim Rəşad Əkbərov, Suvarma Sistemləri İdarəsinin keçmiş rəisi İlqar Məmmədov və başqaları var.

Lakin Osman Nərimanoğlu özünü təqsirli bilmir. O deyir ki, peşə fəaliyyətinə görə həbs olunub. Özünü “Göygöl rayonunun vəzifəli şəxslərinin böhtan kampaniyasının qurbanı” adlandırıb.

Sayt rəhbəri məhkəmədə ifadəsində də deyib ki, bu idarə və xəstəxanalardakı rüşvət və başqa pozuntular haqda materiallar yayımlayırdı, bu səbəbdən cəzalandırılıb:

Onlar hüquq-mühafizə orqanlarındakı himayədarları vasitəsilə məni şərləyib həbs elətdiriblər”.

Onun sözlərinə görə, hədə-qorxu ilə tələbetmə ittihamını təsdiqləyən heç bir sübut yoxdur.
Osman Nərimanoğlu 2022-ci ilin iyulundan həbsdədir.

Ana səhifəBölgəSayt redaktoruna hökm oxundu